

16 İyul 23:25
Hindistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı sutka ərzində 40 min 425 təşkil edib ki, bu da bir gündə qeydə alınan ən yüksək rəqəmdir.
Ölkədə ümumi yoluxma sayı 1 milyon 118 mini ötüb. Gün ərzində 681 nəfər infeksiyanın qurbanı olub. Virusdan ölənlərin ümumi sayı isə 27 min 497 nəfərdir.