
"Smolensk, Bryansk, Pskov vaxtilə Belarusun olub"
Belarus prezidenti Aleksandr Lukaşenko onun dövlətinin ərazisinin bir hissəsinin Rusiyanın nəzarətinə keçə biləcəyini istisna edir.
Bunu Minskdə keçirilən mətbuat konfransında prezident özü deyib: "Mən yol vermərəm ki, Belarus Rusiyanın onun ərazisinin bir hissəsini ələ keçirən növbəti dövlət olsun".
Lukaşenko düşünür ki, proses o həddə də çatmayacaq: "Xatırladıram ki, Smolensk, Bryansk, yaxud Pskov torpaqları nə zamansa Belarusa məxsus olub".