Ermənistan – şizofreniklər ölkəsi… Dünya

Ermənistan – şizofreniklər ölkəsi…

Ermənistan Səhiyyə Nazirliyinin baş psixiatrı ölkədə psixi xəstələrin sayının sürətlə artdığını bildirib

Cavid

Ermənistanda vəziyyət getdikcə gərginləşirErmənistan müxalifətinin növbəti mitinqi oktyabrın 24-də keçiriləcək. Bu barədə razılıq keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi, "İrs" Partiyası və "Çiçəklənən Ermənistan" Partiyası arasında əldə olunub.
Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan 24 oktyabrdakı mitinqdə vahid fəaliyyət proqramının qəbul olanacağını bildirib. Xatırladaq ki, erməni müxalifətinin bundan əvvəlki mitinqi 10 oktyabrda keçirilib.
Mitinqdə ölkədəki acınacaqlı vəziyyətə, işsizliyə və miqrasiya probleminə xüsusi diqqət yönəldilib, Sarkisyanın hakimiyyətdə getməsi tələb olunub.
"Oxfam" beynəlxalq qeyri-hökumət təşkilatı, Avropa Birliyi və "Business Support Center" təşkilatının dəstəyi ilə hazırlanmış "Ermənistanda ərzaq təhlükəsizliyinin aspektləri" adlı araşdırmaya görə Ermənistan sakinlərinin 30%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Lakin araşdırmada minimum istehlak səbəti öyrənilməyib, yalnız insanın yaşaması üçün lazım olan minimum zəruri qida xərcləri göstərilib. Yəni, Ermənistanda yoxsulluğun həqiqi ölçüləri daha yüksəkdir və erməni ailələrin 90%-inin əsas qazancı qida xərclərinə gedir.
Dünya Bankının "aclığın sərhədləri" metodologiyasına görə Ermənistan əhalisinin böyük əksəriyyəti yaşamaq üçün adambaşına vacib olan ərzağı ala bilmir. Həmin metodologiyaya görə, insan üçün ən azı gün ərzində 460 qram çörək, 200 qram tərəvəz, 145 qram kartof, 250 qram toz şəkər, 50 qram ət yemək vacibdir.
"Ermənistanda ərzaq təhlükəsizliyinin aspektləri" araşdırması başqa bir məsələni də ortaya çıxarıb. Məlum olub ki, əhalinin 80 faizinin gəlirləri araşdırmanın əhatə etdiyi 10 il müddətində (2002-2012-ci illər ərzində) dəyişməyib. Amma ölkə hakimiyyətində olan və onların yaxınları üçün vəziyyət dəyişir. Onların gəlirləri 3 dəfə artıb.
Onu da vurğulayaq ki, Ermənistan iqtisadiyyatında problemlər get-gedə çoxalmağa başlayır. Hökumət enerji tariflərinə yenidən baxmağa hazırlaşır. Ermənistanın energetika və təbii resuslar nazirinin müavini Ara Simonyan deyib ki, ölkədə quraqlıq dövrü yarandığı üçün müəyyən çətinliklər yaranıb: "Ermənistanda çoxları hesab edir ki, əvvəl elektrik enerjisi tarifinin, sonra isə ərzaq məhsullarının, ilkin tələbat məhsullarının qiymətinin artması ilk növbədə ölkə iqtisadiyyatının tam iflası ilə bağlıdır".
Ermənistanda təxminən bir il öncə də istehlakçılar üçün elektrik enerjisi tarifi hiss olunacaq dərəcədə artıb. O vaxt da bu artım böyük etiraz dalğasına səbəb olmuşdu, lakin etiraz aksiyalarının, nümayişlərin qarşısı alınmışdı. Bu dəfə qiymət artımından sonra nə olacağını zaman göstərəcək.
Ağır sosial və iqtisadi problemlər üzündən bu ilin birinci rübündə Ermənistanı rekord sayda insan - 27 min nəfər tərk edib. Bundan əlavə bir müddət öncə ölkənin ümumtəhsil müəssisələrində statistik məlumatlarda yeni göstərici yaranıb. Səbəb məktəblilərin məktəbi tərk etməsidir.
Ermənistanın "Терт.am" saytı isə erməni ailələrində fəlakət həddinə çatmış boşanmalarla bağlı həyəcan təbili çalır. "Beynəlxalq Hüquqşunaslar və Psixoloqlar Assosiasiyası"nın rəhbəri Xaçatur Marozyan deyib: "Ümid edirik ki, bu dəyişikliklər günbəgün artan boşanma hallarının daha yumşaq formada həyata keçməsinə səbəb ola bilər".

X.Marozyan bildirib ki, ölkədə boşanmaların əsas səbəbi ailələrin maddi durumu ilə bağlıdır. Boşanmalara səbəb olan əsas amillər arasında miqrasiya amili də əhəmiyyətli rol oynayır.
Ermənistan hökumətinin diqqət mərkəzində olan bu problemlə bağlı ölkənin Əmək və Sosial Məsələlər naziri Anuş Danelyan bəzi statistik məlumatları "Терт.am" saytı ilə bölüşüb: "Bizdə olan məlumatlara görə, 2014-cü ilin ilk yarım ilinə görə hər min yeni ailədən 258-i dağılır. Bəzən belə olur ki, gənc oğlan ailəsinin dolanışığı üçün başqa ölkəyə üz tutur. Orada isə başqa birisi ilə ailə qurur. Bundan xəbər tutan əvvəlki arvadı məhkəməyə müraciət edərək, boşanmaq istəyir".
Depressiyada olan ermənilər arasında psixi pozğunluq halları da əvvəlki illərə nisbətən çox olduğu müşahidə olunmaqdadır. Belə ki, Ermənistanda psixi xəstələrin sayı getdikcə artır. Yəqin məhz buna görə respublikada psixi sağlamlıq aylığı keçirilir.
Bu barədə jurnalistlərə Ermənistan Psixatriya Assosiasiyasının sədri Armen Soqoyan bildirib. O, tədbir çərçivəsində bu ölkədə keçiriləcək tədbirlər haqqında müfəssəl məlumat verib.
Ekspertlər hesab edir ki, psixi xəstəliklərin artması həkimləri bu aylığı keçirməyə yönəldib. İşsizlik, qiymətlərin artması, miqrasiya, ailələrin dağılması - məhz bu amillər xəstələrin sayının artmasına səbəb olur.
Ermənistan Səhiyyə Nazirliyinin baş psixiatrı Samvel Torosyan bildirib ki, hazırda təkcə rəsmi qeydiyyatdan keçmiş psixi xəstələrin sayı 46 mindən çoxdur. Ən geniş yayılmış xəstəlik isə şizofreniyadır.
Samvel Torosyan hesab edir ki, insanın psixi durumu məhz onun sosial vəziyyətindən asılıdır. O, qeyd edib ki, bu nəticəyə hələ 2 il qabaq Norveç alimləri gəliblər.