Türk dili Şimali İraqda rəsmi dövlət dili oldu Dünya

Türk dili Şimali İraqda rəsmi dövlət dili oldu

Şimali İraq Kürd Administrasiyası parlamenti türk dilinin türkmən ləhcəsini regionun rəsmi dili kimi qəbul edib.
Panoram.az-ın məlumatına görə, administrasiya parlamentində keçirilən səsvermədə türkmənlərin əhalinin 20%-ni təşkil etdiyi bölgələrdə türk dilinin türkmən ləhcəsinin rəsmi dil sayılması səs çoxluğu ilə qəbul edilib.
İraq Türkmən Cəbhəsinin üzvü, deputat Aydın Məruf açıqlamasında qəbul edilmiş qanunla türk dilinin ŞİKA ərazisində ərəb və kürd dilləri ilə yanaşı, dövlət idarələrində, məktəb və məhkəmələrdə işlədiləcəyini bildirib. A.Məruf bunun üçün Şimali İraq vilayətlərinin əhalisinin 20%-nin türkmənlərdən ibarət olmasının tələb edildiyini deyib.
Məlumat üçün deyək ki, hazırda Şimali İraqdakı Ərbil və Süleymaniyyə şəhərlərinin Kifri qəsəbəsində əhalinin 20%-dən çoxu türkmənlərdən ibarətdir.