29 Avqust 11:17
28 Avqust 14:41
08:08
308
ABŞ prezidenti Donald Trampın administrasiyası İrana maliyyə axınını məhdudlaşdırmaq cəhdləri çərçivəsində bir həftə ərzində banklardan birinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə bazar günü ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.
"Ehtiyac olarsa, bu, iqtisadi məcburiyyətə çevriləcək", — deyə o, "Associated Press" agentliyinə bildirib. — "Biz kimin kim olduğunu bildiyimizi və bunun dayandırılmalı olduğunu aydın şəkildə bəyan edirik".
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Vaşinqtonun məhdudiyyətlər tətbiq etməyə hazırlaşdığı bank barədə təfərrüatları açıqlamayıb.
Məryəm Quliyeva