ABŞ İranın blokadası bərpa edildikdən sonra 83 gəminin marşrutunu dəyişib Dünya

ABŞ İranın blokadası bərpa edildikdən sonra 83 gəminin marşrutunu dəyişib

ABŞ hərbçiləri İran limanlarının dəniz blokadası bərpa edildikdən bəri 83 ticarət gəmisinin heyətini kursu dəyişməyə məcbur edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib.

"30 avqust tarixinə olan məlumata görə, CENTCOM qüvvələri 83 kommersiya gəmisinin marşrutunu dəyişib, 3-nü sıradan çıxarıb və daha 2 gəmiyə desant çıxarıb", — deyə komandanlığın "X" səhifəsində yerləşdirilən bəyanatda bildirilir.

ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib. Avqustun 27-də marşrutu dəyişdirilən gəmilərin sayısı 75 təşkil edirdi.

Məryəm Quliyeva