29 Avqust 11:17
28 Avqust 14:41
08:18
273
İordaniyanın HHM qüvvələri krallığın hava məkanına daxil olan səkkiz raketi vuraraq zərərsizləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərbçilərin mətbuat relizində deyilir.
"İordaniyanın HHM sistemləri ölkənin hava məkanının sərhədlərini pozan səkkiz raketi zərərsizləşdirib", — deyə "Petra" agentliyinin yaydığı Silahlı Qüvvələrin rəsmi nümayəndəsinin bəyanatında bildirilir. Raketlərin növü haqqında təfərrüatlar hələ ki açıqlanmır.
Əvvəllər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqtonun İranın Larak adasına hücumuna cavab olaraq İordaniya ərazisindəki ABŞ hərbi obyektlərini atəşə tutduğunu elan etmişdi.
Məryəm Quliyeva