29 Avqust 11:17
28 Avqust 14:41
08:17
266
Asiya-Sakit okean regionunun fond bazarlarında son sutkada əsas indekslər üzrə azalma üstünlük təşkil edib.
“APA-Economics” xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi 767,68 bənd və ya 1,16% azalaraq 65 637,88 bəndə, “TOPIX” isə 10,32 bənd və ya 0,25% geriləyərək 4 136,39 bəndə düşüb.
Honq-Konqun Hang Seng indeksi 158,60 bənd və ya 0,62% azalaraq 25 426,19 bəndə, Çinin “CSI” 300 indeksi 37,12 bənd və ya 0,81% geriləyərək 4 572,06 bəndə enib.
Avstraliyanın “S&P/ASX” 200 indeksi 4,09 bənd və ya 0,04% azalaraq 9 088,20 bənd təşkil edib.
Asiya bazarlarındakı eniş geosiyasi gərginlik, neft qiymətlərindəki artım və ABŞ-da faiz dərəcələrinin yüksək qala biləcəyi ilə bağlı gözləntilərlə əlaqələndirilir. Çində isə istehsal sektorunda biznes fəallığını ölçən Satınalma Menecerləri İndeksinin (PMI) avqustda 49,8 bənd olması bazara əlavə təzyiq göstərib. İndeksin 50 bənddən aşağı olması istehsal sektorunda aktivliyin azaldığını göstərir.
08:17
266
29 Avqust 15:59
1 533
29 Avqust 10:21
1 540