İran Hörmüz boğazındakı ABŞ gəmiləri tərəfə raketlər atıb Dünya

İran Hörmüz boğazındakı ABŞ gəmiləri tərəfə raketlər atıb

İran Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən ABŞ gəmiləri istiqamətində raketlər buraxıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat verib.
Başqa təfərrüat verilmir.

Əvvəllər "Axios" portalının və İsrailin 12-ci televiziya kanalının müxbiri Barak Ravid ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusuna zərbələr endirdiyini bildirmişdi.

Məryəm Quliyeva