SEPAH İordaniyadakı ABŞ aviabazalarına zərbə endirdiyini bildirib Dünya

SEPAH İordaniyadakı ABŞ aviabazalarına zərbə endirdiyini bildirib

Bazar ertəsinə keçən gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı iki ABŞ aviabazasında texniki xidmət infrastrukturunu və qırıcıların yerləşdiyi nöqtələri məhv etdiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

"İki Amerika bazasında texniki xidmət infrastrukturu və qırıcıların yerləşdiyi nöqtələr məhv edilib", — deyə telekanal SEPAH-ın bəyanatını sitat gətirir.

Məlumatda söhbətin İordaniyadakı Kral Hüseyn və "Əl-Əzrəq" aviabazalarından getdiyi bildirilir.

Telekanal həmçinin SEPAH tərəfindən balistik raketlərin buraxılması kadrlarını dərc edir.

Əvvəllər "Press TV" İranın zərbələrindən sonra İordaniyada bir neçə partlayışın baş verdiyini xəbər vermişdi. Telekanal həmçinin İran hərbçilərinin Hörmüz boğazında ABŞ-yə məxsus gəmilər istiqamətində raketlər buraxdığını bildirmişdi.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Larak adasındakı iki İran raket qurğusuna endirdiyi zərbəyə cavab verəcəklərini bəyan edib.

Məryəm Quliyeva