Neplada daşqın qurbanlarının sayı ən azı 903 nəfərə çatıb Gündəm

Neplada daşqın qurbanlarının sayı ən azı 903 nəfərə çatıb

Neplada dağıdıcı daşqın nəticəsində həlak olanların sayı ən azı 903 nəfərə yüksəlib. Daha 4 247 nəfər isə itkin düşmüş sayılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, 10 mindən çox insan xilas edilib, 267 nəfər yaralanıb. Bundan əlavə, 923 fəhlə su-elektrik stansiyalarının tunellərində mühasirədə qalıb.

Tibetdə hakimiyyət orqanları 16 nəfərin öldüyünü və 546 nəfərin itkin düşdüyünü bildirib. Həmçinin, Nepal ilə həmsərhəd keçid məntəqəsi rayonunda 23 ölkədən olan 261 xarici vətəndaşla əlaqə saxlamaq mümkün olmur.

Məryəm Quliyeva