16 İyun 13:56
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək
Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib
Vens: İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər
Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək
18 Sentyabr 2020 09:39
2 212
Dünyada COVID-19 infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 30 milyonu keçib.
Bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti öz hesabatında qeyd edib.
Universitetin məlumatına görə, dünyada hazırda koronavirus infeksiyasına yoluxma hallarının sayı 30 071 314-ə çatıb, COVID-19 diaqnozu qoyulmuş 944 887 nəfər isə dünyasını dəyişib. Bu müddət ərzində 20 432 852 nəfər müalicə olunaraq sağalıb.
Ölənlərin sayına görə birinci yerdə ABŞ durur – 197 633 ölüm. İkinci və üçüncü yerləri Braziliya (134 935) və Hindistan (83 198) bölüşür.