Gürcüstanın xarici işlər naziri və müavinləri də istefaya getdi Dünya

Gürcüstanın xarici işlər naziri və müavinləri də istefaya getdi

Dünən Gürcüstanın xarici işlər naziri Maya Pancikidze istefa verib.
"Media forum" saytı xəbər verir ki, qərarını brifinqdə bəyan edən Pancikidze müavinləri David Zalkaliani, Tamar Beruçaşvili, Levan Qurqenidze və David Calaqaniyanın da öz postlarından istefa verdiklərini bildirib.
Pancikidze hakim "Gürcü arzusu" Partiyasının sıralarından çıxacağını elan edib.
Noyabrın 5-i Gürcüstanda baş nazir İrakli Qaribaşvilinin müdafiə naziri postuna təyin edəcəyi şəxsin adı açıqlanıb: Mindiya Canelidze. "Media forum" saytı bildirir ki, Mindiya Canelidze Dövlət Təhlükəsizliyi, Böhranları İdarəetmə üzrə Hökumət Şurasının katibi postunu tutur.
Əvvəlki müdafiə naziri İrakli Alasaniya noyabrın 4-də istefaya göndərilib.