Portuqaliya səlahiyyətliləri Lissabon və Portuda "qızıl" viza proqramını ləğv etdilər Dünya

Portuqaliya səlahiyyətliləri Lissabon və Portuda "qızıl" viza proqramını ləğv etdilər

Portuqaliya səlahiyyətliləri Lissabon və Portu şəhərlərində investisiya qarşılığında oturum izni almağa imkan verən "qızıl" viza proqramının ləğvini təsdiqlədilər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat verib.

Dəyişikliklər 1 iyul 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Bu qaydaların Portuqaliyanın bir sıra sahil bölgələrində də ləğv olunmayacağı qeyd olunur. Eyni zamanda, ölkənin mərkəzi hissəsində - Azor adaları və Madeyrada "qızıl" vizalar proqramı saxlanılacaq.

Xatırladaq ki, proqram Portuqaliya ərazisində daşınmaz əmlaka ən az 500 min avro investisiya yatıran xaricilərə oturum izni almasına imkan verir.