Sarkisyan Nazarbayevə minnətçi düşüb Dünya

Sarkisyan Nazarbayevə minnətçi düşüb

Ötən gün Ermənistan prezidenti Serj Sərkisyan və onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Rəsmi olaraq tərəflərin ölkələr arasında ikitərəfli münasibətlərdən danışdığı bildirilirdi. Telefon danışığın kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmırdı.
Ermənistanın "Joxovrud" qəzeti xəbər verir ki, telefon danışığı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub.
Məlumatlara əsasən, Putin prezidentlərin Qazaxıstanın Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sazişi nə vaxt təsdiqləyəciyinə dair müzakirələr aparmasını istəyib.
Bundan əlavə Putin Nazarbayev-Sərkisyan görüşünün təşkil olunmasını da istəyib.