Ermənistan sürətlə boşalır Dünya

Ermənistan sürətlə boşalır

453 min vətəndaş ölkədən gedib

Son 14 ildə Ermənistanı 453 min vətəndaşı tərk edib.
Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" yurnalı 8 fevral tarixli nömrəsində Ermənistanı tərk edən əhalinin statistikası ilə bağlı məlumat dərc edib.
Son dövrlərdə ölkə əhalisinin sayının sürətlə azaldığı diqqətə çatdırılan məqalədə ermənilər arasında imiqrasiyanın geniş şəkil almasının əsl səbəbi kimi ölkə iqtisadiyyatının tənəzzülə uğraması, aclıq və safalətin hökm sürməsi, korrursiyaya qurşanan məmurların özbaşınalığı olduğu vurğulanır.
Ermənistan statistika idarəsinin məlumatına əsasən, son 14 ildə 453 min vətəndaşın ölkəni tərk etdiyi bildirilir. Məqalədə Ermənistan müstəqillik əldə etdiyi dövrdən ermənilərin ölkəni tərk etmələrinin heç vaxt ara vermədiyi, əksinə getdikcə daha intensiv şəkil aldığı qeyd olunur.
Yurnal Ermənistan vətəndaşlığından imtina edənlərin nə vaxtsa ölkəyə geri qayıdacağının böyük şübhə altında olduğunu, uzun illər acı məhrumiyyətlərə dözmək məcburiyyətində qaldıqlarından Ermənistanı tərk edənlərin onları fəlakətlər gözləyən vətənlərinə yenidən qayıtmaq fikrində olmadıqlarını yazır.