Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Rusiya Ön Asiya və Yaxın Şərq siyasətinin formalaşmasını sürətləndirib

Rusiya Ön Asiya və Yaxın Şərq siyasətinin formalaşmasını sürətləndirib Dünya

Rusiya Ön Asiya və Yaxın Şərq siyasətinin formalaşmasını sürətləndirib

Mübariz Əhmədoğlu: "Lakin bu istiqamətdə ən vacib işlərini Mərkəzi Asiya və Cənubi Qafqazda görməlidir"

"Geosiyasi reallıqlar İranla əlaqəli sazişə imkan vermir. "Altılığın" xarici işlər nazirləri özləri şəxsən İsveçrənin Lozanna şəhərində keçirilən danışıqlara xeyli vaxt və resurs ayırsalar da, danışıqlarda nəticə əldə olunmadı. İranla nüvə danışıqlarında nəticənin əldə olunması inandırıcı deyil. Danışıqlar zamanı bəzi güzəştlərə getməsi İran nümayəndə heyətinin güzəştə hazır olması anlamında deyil". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi "Qarabağ saatı"nda deyib. Politoloq qeyd edib ki, İran nümayəndə heyətinin fikrincə, bir məsələnin razılaşdırılmaması bütün məsələlərin razılaşdırılmaması anlamındadır. İranın razılıq verib-verməməsi isə Lozannadakı İran nümayəndə heyətindən asılı deyil: "Bu, Tehranda Ali dini liderdən asılıdır. Ali dini lider təkcə nüvə texnologiyaları ilə məşğul deyil. İndi onun məşğul olduğu işlər arasında Lozanna danışıqları 4-5-ci yerdədir. Siyasiləşmiş İslamın indiki dövrdə irəliləməsi metodologiyasının müəyyənləşdirilib tətbiq edilməsi, Yəməndə husilərin tam qələbə çalması, İraqda və Bəhreyndə proseslərin İran maraqları prizmasından irəliləməsi, Türkiyənin Yəmən hadisələrinə radikal antiiran mövqedən qoşulması İranın Ali dini lideri üçün Lozanna danışıqlarından qat-qat vacibdir. Iran Yəməndə və İraqda uğurla başlayıb davam etdirdiyi prosesləri uğurla da yekunlaşdırmaq istəyir. Ona görə İran nümayəndə heyəti cəsarətlə danışıqlara girişib. Ali dini liderdən müsbət cavab gəlməyəcəksə istənilən bir məsələdə razılığın əldə olunmaması adı ilə İran danışıqlar stolunu tərk edəcək və bu zaman özünü haqlı, "altılığ"ı isə günahkar hesab edəcək. İranın ümumi siyasətinin anatomiya və fiziologiyası Qərb üçün ən çətin predmetdir. İran bunu bilir, öz xeyrinə istifadə edir".
Mərkəzin direktoru hesab edir ki, İranla ABŞ arasında İranın nüvə proqramı çətiri altında keçirilən digər məzmunlu danışıqlarda da ABŞ və İran bir-birinə tam inam yarada bilmirlər: "ABŞ husilərin Yəməndə irəliləməsində İranın mövqeyini dəstəklədi. Son vaxtlar nüvə danışıqlarının İran üçün əhəmiyyəti də məhz budur. Amma ABŞ başa düşdükdə ki, Yəməndə İranın nüfuzu Səudiyyə Ərəbistanının maraqlarını narahat edəcək səviyyədədir, dərhal geri çəkildi. Yəmən daxili proseslərin dialoq vasitəsilə həllinin tərəfdarı olan ABŞ birdən-birə Səudiyyə Ərəbistanının Yəməni bombalamaq mövqeyini dəstəklədi.
İranla nüvə danışıqları dövründə ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədlə dialoqun məcburiliyini gündəliyə gətirdi. Az sonra Ağ Ev Bəşər Əsədlə dialoqun qeyri-mümkünlüyünü bildirdi. Ərəb dünyasındakı əksər ekspertlər C.Kerrinin belə bəyanatını İranla aparılan danışıqların nəticəsi hesab edirlər. Bəhreyndə də həbs edilmiş şiə müxalifətçilərinin vəziyyəti əvvəlki qədər mürəkkəb deyil. ABŞ-ın, xüsusilə də hərbçilərinin Bəhreynə səfərləri şiə müxalifətçilərin vəziyyətinin yüngülləşməsinə təsir edir".
Onun fikrincə, ABŞ-İran danışıqları içərisində Rusiya ilə əlaqəli mövzunun xüsusi yerdə olduğunu ehtimal etməyə hər cür əsas var. Amma görünür, bu məsələdə razılığa gələ bilmirlər: "Vaxtilə İranın zənginləşdirilmiş uran materiallarının Rusiyaya köçürülməsinə razı olan ABŞ indi bu razılığını geri çağırır. Eləcə də, İranın Rusiyaya qarşı istənilən qədər indiki dövrdə sərt hərəkətə hazır olmadığını görən ABŞ Mərkəzi Asiya regionunda Rusiyanın mövqeyinin güclənməsinə tərəfdar olduğunu bəyan etdi. ABŞ-İran danışıqlarında Rusiya faktorunun qəlizləşməsi həm də Rusiyanın apardığı siyasətin nəticəsidir. Rusiyanın indi İrana münasibəti birmənalı deyil. Aşağı məmur təbəqəsi və ekspert mühiti Rusiyanın iranpərəst kimi görünməsinə çalışır. Amma Kremldə İran indi dost kimi deyil, qeyri-dost, bəlkə də düşmən kimi başa düşülür. Ona görə, Rusiya Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı yaranmış ziddiyyətdən bəhrələnmək istəyir. Rusiyada Yəmənin daxilindəki proseslərə sünni-şiə qarşıdurması kimi baxırlar. Rusiyanın İsraillə yaxınlaşması da məhz Yaxın Şərqdəki İranla əlaqəli ziddiyyətlər kontekstindən başa düşülməlidir. Prezident Vladimir Putin Yəmən hadisələrinin qızğın vaxtında həm İran prezidenti, həm də İsrail baş naziri ilə apardığı danışıqlar İranla əlaqəli ziddiyyətlər üzərində fokuslanmışdır. Rusiyanın Yəmən hadisələrinə marağı Yəmənlə əlaqəli məsələ deyil, İranla əlaqəlidir. Rusiyanın bu məsələdə konkret mövqe ortalığa qoya bilməməsi açıq-aşkar hiss olunur. Səudiyyə Ərəbistanı Rusiya diplomatlarının Yəməni tərk etməsinə icazə vermədi. İrana bağlı husilər isə Rusiyanın Ədəndəki konsulluğunu darmadağın etdilər. Bu, həm də Rusiyanın ümumilikdə Yaxın Şərq siyasətinin problemli olduğunu bir daha göstərdi".
Politoloq bildirib ki, geosiyasətdə, xüsusilə İranla əlaqəli proseslərdə hərbi elementlərin iştirak payı sürətlə çoxalır: "Əvvəla, BŞ İranın nüvə proqramlarının həllində hərbi variantı mümkün hesab edir. Barak Obama Lozannada İranla danışıq aparan ABŞ dövlət katibi C.Kerrinin başçılıq etdiyi nümayəndə heyəti ilə xüsusi rabitə vasitəsilə yaradılmış internet-konfransda ABŞ-ın müdafiə naziri E.Karter də iştirak edirdi. İranla nüvə danışıqlarının ən son mərhələsində bu variantın gündəliyə gəlməsi dinc danışıqların iri dövlətlərdə inam yaratmadığının sübutudur. İkincisi, İranın hərbi təyyarəsi Fars körfəzində ABŞ-ın hərbi vertolyotuna 50 metr məsafəyədək yaxınlaşdı. Bu ,təkcə hərbi gərginlik deyil, həm də hərbi insidentdir. Bundan başqa, Prezident Əsəd Rusiyanı Tartusda hərbi bazanı bərpa etməyə çağırdı. Həmçinin, ABŞ silahlı qüvvələrinin komandanlığının fikrincə, "Hizbullah" Meksikanın narkokartelləri ilə əlaqəlidir. Nəhayət, Rəsmi Ankaranın "İncirlik hərbi bazasından "İslam Dövləti"nə qarşı istifadə etmək istisna edilir" mövqeyi İslam Dövlətinin Türkiyənin qonşuluğunda hərbi intervensiyanın güclənməsinə yardım edir".
M.Əhmədoğlunun fikrincə, hər tərəfin öz marağı uğrunda çalışması göz qabağındadır: "İran siyasiləşmiş İslamı irəlilətməkdə öz gücünün sınağını keçirdi. Nəticə müsbətdir; ABŞ müttəfiqləri ilə birlikdə İrana qarşı müharibəyə hazırlaşır. Proseslər Yaxın Şərq tarixində ən güclü koalisiyanı formalaşdırdı; Rusiya Ön Asiya və Yaxın Şərq siyasətinin formalaşmasını sürətləndirib. Lakin bu istiqamətdə RF ən vacib işlərini Mərkəzi Asiya və Cənubi Qafqazda görməlidir".

Əli