ABŞ-ın beyin mərkəzlərinə Azərbaycan Gənclər Təşkilatından müraciət göndərilib... Hadisə

ABŞ-ın beyin mərkəzlərinə Azərbaycan Gənclər Təşkilatından müraciət göndərilib...

ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqe tutan bir neçə təşkilatı vardır ki, onlar ABŞ-ın beyin institutlarıı arasında TOP-100-lükdə ən sonuncu yerlərdədir. Bu gün ABŞ-ın TOP-10-luğa düşən və mühüm qərarlar qəbul edən beyin institutları (think tank) ilə əməkdaşlığın yaradılması vacib amildir. Məhz bu baxımdan ADDIM gənclər təşkilatının təsisçisi, ABŞ-ın Incarnate Word Universitetinin regional təmsilçisi, hər il Amerikada Konqresin dəvətiylə keçirilən National Prayer Breakfast ziyafətinin Azərbaycanı təmsil edən iştirakçısı Dr.Vüqar Şahbazlı tərəfindən ABŞ-ın bütün bu kimi mühüm beyin institutlarına müraciət və iki məqalə göndərilib. Bu yazılarda Azərbaycanın həm iqtisadi, həm sosial inkişafi, dünyada müsəlman ölkələri arasında ən tolerant və multikultural ölkə olması, Qarabağ münaqişəsi ilə bağlı reallıqlar, Azərbaycan-ABŞ dostluq əlaqələrinin qorunması, ölkədə sabitliyin və demokratiyanın qorunması, ən əsası isə, bu məsələlərdə Prezident İlham Əliyevin dərin siyasətinin əhəmiyyəti vurğulanıb və Azərbaycan haqqında reallığı başa düşmək və qarşılıqlı müzakirələr aparmaq üçün bu institutların rəhbərləri və nümayəndələri ölkəmizə dəvət olunublar.
• 1. Brookings Institution
• 2. Council on Foreign Relations
• 3. Carnegie Endowment for International Peace
• 4. Center for Strategic and International Studies
• 5. RAND Corporation
• 6. Cato Institute
• 7. Heritage Foundation
• 8. Woodrow Wilson International Center for Scholars
• 9. Peterson Institute for International Economics
• 10. American Enterprise Institute
Dr. Vüqar Şahbazlının "Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti" adlı mqəaləsindıə deyilir ki, 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra bütün dövlətlərlə, o cümlədən ABŞ-la strateji əməkdaşlıq edib: "Azərbaycan sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə və ABŞ-ın mühüm strateji tərəfdaşıdır. Azərbaycan xalqı 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaradıb və bu gün Azərbaycan ABŞ-ın güclü müttəfiqidir. Ötən illər ərzində iki dost ölkə arasında münasibətlərin təhlili göstərir ki, Azərbaycan Respublikası ilə ABŞ arasında olan münasibətlər mahiyyət etibarilə dinamik xarakter daşıyır. Bu münasibətlər Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-a etdiyi səfərlər və iki ölkə arasında imzalanmış 70-dən çox dövlətlərarası saziş fonunda daha da möhkəmlənib və strateji xarakter kəsb edib. ABŞ Prezidenti Barak Obamanın Azərbaycanı regionda iqtisadi qüdrəti ilə seçilən nüfuzlu ölkə, Prezident İlham Əliyevi isə lider dövlət başçısı adlandırması münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Rusiya ilə İran arasında yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan, neft və qazla zəngin Azərbaycan ABŞ üçün əhəmiyyətli bir ölkədir. Çünki Azərbaycan geopolitik mövqeyi baxımından da ABŞ üçün çox vacib dövlətdir. Azərbaycanın Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır. Bu iki dövlət arasında tarixi iqtisadi əlaqələri hələ ötən əsrin əvvələrindən başlayıb. Amerikalı Rokfeller ailəsi Azərbaycanda əsrin əvvəlində neft sənayesində böyük ugurlar əldə ediblər. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"ndə və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz müqavilələrində xeyli sayda ABŞ şirkəti təmsil olunur. Azərbaycan regionun və Avropa Birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında böyük potensiala malikdir. Böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək "Cənub" qaz dəhlizi layihəsinin reallaşdırılmasında ən aparıcı dövlətidir. ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə müavini Viktoriya Nuland bu yaxınlarda Azərbaycana səfəri zamanı keçirdiyi görüşlərdə "Cənub" qaz dəhlizi layihəsinnin önəmi haqda da danışıb: "Hazırda "Cənub qaz dəhlizi’ layihəsinin reallaşması istiqamətində birgə çalışırıq ve bu lahiyə Avropanın enerji təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir…".
Azərbaycan-ABŞ münasibətlərinin mühüm aspektlərindən biri də Dağlıq Qarabağ problemi ilə bağlıdır. ABŞ Minsk qrupunun üzvü kimi münaqişənin həlli ilə bağlı prosesdə yaxından iştirak edir. Azərbaycan ABŞ-ın prosesdəki aktiv roluna daim ümid bəsləyir. Azərbaycan dövləti və xalqı ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində və 1 milyondan artıq qaçqının öz torpaqlarına qayıtmasına yardımçı olacağına inanır.
ABŞ-ın strateji əhəmiyyət verdiyi digər məsələ demokratik islahatlar sahəsində əməkdaşlıqdır. Ölkəmizin bu sahədə qazandığı uğurlar iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan və ABŞ regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü tərəfdaşlıq münasibətlərindən faydalanır. Bu siyasətin qorunmasında Amerikanın beyin institutlarının dövlətimizə dəstəyi artmalıdır.
Azərbaycan islam ölkələri arasında ən tolerant ölkədir və bu baxımdan dünya ölkələrinə nümunədir. Azərbaycan ölkə olaraq öz sabitliyini və əmin-amanlığını qoruyur. Bu əmin-amanlığa Prezident İlham Əliyevin dərin siyasəti və uzaqgörənliyi ilə nail olunur.
Bu gün Azərbaycanda fərdi, ictimai və dövlət maraqlarının optimal balansını təmin edə bilən, insan hüquq və azadlıqlarının reallaşdırılmasını və dövlətimizin ali məqsədi olduğunu sübut edən milli qanunvericilik sistemi mövcuddur. Lakin Azərbaycanda bu inkişafı görməyən ABŞ-ın bəzi təşkilatları, eləcə də lobbi qruplarının qərəzli münasibətləri, hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. Xüsusilə bu il Bakıda keçirilən ilk Avropa Oyunları (İlk Avropa Oyunları 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı – Bakıda keçirilən, bir çox innovativ idman növünü özündə cəmləşdirən möhtəşəm idman yarışı idi . Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilirdi. 12-28 iyun tarixləri arasında keçirilən Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışdı) ərəfəsində Azərbaycana qarşı qaralama kampaniyası aparırdılar. Əsasən Azərbaycan dövlətini jurnalistlərə fikir azadlığı verilməməsi və bəzi jurnalistlərin tutulmasına görə əsassız şəkildə tənqid edirlər. Amma Azərbaycandan yayımlanan internet xəbər portallarını sadəcə araşdırsanız jurnalistlərin Azərbaycan dövlətini və hökumət adamlarını necə sərbəst şəkildə tənqid etdiyini görə bilərsiniz. Tutulan jurnalistlər də, faktlarla sübut olunub ki, dövlət üçün təhlükəli olan qurumlarla(Əsasən Ermənistan dövlətinə bağlı təşkilatlarla) danışıqlar aparıb və ölkədə sabitliyi pozmaq üçün maliyyələşiblər. Buna görə də bu jurnalistlər vətənə xəyanətdə ittiham olunurlar. Bu eyni ilə hər hansı ABŞ jurnalistinin "Taliban" və ya "Əl-Qaidə’’ ilə gorüşüb və onlardan maliyyələşərək ölkədə müxtəlif yollarla xaos yaratmaq istəyinə bənzəyir. Belə vəziyyətdə Azərbaycan qanunverici orqanları nə etməli idi? Əlbəttə ki, qanunun tələbindən irəli gələrək onları cinayət məsuliyyətinə cəlb etməlidir. Eyni zamanda, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan dövləti tərəfindən işğal olunub, uzun müddət aparılan danışıqlar nəticə verməyib, BMT-nin Azərbaycan torpaqlarını işğaldan azad edilməsi və qaçqinların öz torpaqlarına geri dönməsi haqqında qətnamələrinin heç biri yerinə yetirilmir və bu gün işğal faktı davam etməkdədir. Belə olan halda, işğalçı Ermənistan dövlətinə qarşı heç bir tədbir görməyən, işğal əməlindən geri çəkindirməyən bu təşkilatların fəaliyyətlərinin obyektivliyinə şübhə ilə yanaşmamaq olmur. Ona görə də ABŞ-ın bəzi təşkilatlarının dövlətimizə qarşı ittihamları qəbuledilməzdir. Onların Azərbaycana qarşı qara piyarı dayandırılmalıdı.
ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir. Birləşmiş Ştatlar üçün Azərbaycan Amerikanın maraqlarını və xarici siyasətini müəyyən edəcək üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşən strateji tərəfdaş kimi əhəmiyyətlidir.
"Azərbaycan – nümunəvi dini tolerantlıq məkanı" adlı məqalədə isə Azərbaycan xalqının və dövlətinin dili tolertantlığından söhbət açılır.

Əli