Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
22 Aprel 2022 18:55
4 228
Yaxın günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzalanacaq.
Bunu Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev deyib.
O qeyd edib ki, Qarabağ Dirçəliş Fondu qarşısında rəhbərlik tərəfindən ciddi və dayanıqlı bir instituta çevrilməsi ilə bağlı tapşırıq qoyulub.
"Bizim hal-hazırda Şuşada bir neçə dəstəklədiyimiz layihələr var. Zəngilanda artıq 30 min ağacın əkilməsinə start verilib. Bunun üçün növbəti məkanımız Ağdam olacaq. Planlarımız çoxdur və Azərbaycan daxilində çox ciddi işlər aparılır. Diasporayla da bağlı çox təklif və planlarımız var. Yaxın günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq memorandumu imzalanacaq", - deyə R.Hacıyev əlavə edib.