12 Noyabr 16:44
12 Noyabr 16:37
Çin Fars körfəzi regionunda sabitliyin bərpasına dəstək verəcək
Yaponiya Baş naziri ASEAN və APEC sammitlərində iştirak edəcək
Yaponiya büdcə məhdudiyyətlərinə görə hərbi xərc planlarını azalda bilər
Kuşner: Rusiya və Ukrayna növbəti danışıqlara Avropanı da cəlb etməyə razılaşıb
Tramp: ABŞ ərəb ölkələrinin xahişi ilə İrana qarşı sərt addımlardan çəkinir
23 İyun 11:01
1 813
Hindistan ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair anlaşma memorandumunun imzalanmasını ehtiyatlı nikbinliklə qiymətləndirir və onun icra olunacağına ümid edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval Nyu-Dehlidə BRICS ölkələrinin təhlükəsizlik məsələlərinə məsul olan yüksək səviyyəli nümayəndələrinin iclasının açılışında bəyan edib.
"Hindistan ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu alqışlayır. Biz ehtiyatlı nikbinlik nümayiş etdiririk və ümid edirik ki, bu [saziş] öz bəhrəsini verəcək", - deyə o bildirib. Doval qeyd edib ki, saziş energetika təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
"Hörmüz boğazının açılması çoxdan gözlənilən hadisədir. Bu, tədarük zəncirindəki maneələri aradan qaldıracaq və bir çox qıtlıq problemləri, o cümlədən gübrə, kimyəvi maddələr və digər çatışmazlıqlar həll olunacaq", - deyə Hindistan baş nazirinin müşaviri həmçinin vurğulayıb. O, əminliyini ifadə edib ki, "gəmilərin sərbəst hərəkəti iqtisadi rifaha xidmət edəcək".
Məryəm Quliyeva