İran XİN: AEBA-nın İranın nüvə obyektlərində yeni təftişləri İsveçrədə müzakirə olunmayıb Dünya

İran XİN: AEBA-nın İranın nüvə obyektlərində yeni təftişləri İsveçrədə müzakirə olunmayıb

​İran İsveçrənin Bürgenştok şəhərində AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə özünün nüvə obyektlərində yeni təftişlərin keçirilməsini müzakirə etməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Esmail Bəqai bəyan edib.

​"Bizim AEBA-nın baş direktoru Rafael Qrossi ilə heç bir görüşümüz olmayıb, həmçinin agentlik tərəfindən heç bir yeni təftiş, xüsusən də ABŞ və İsrailin zərbələrindən zərər çəkmiş obyektlərdə yoxlamaların aparılması müzakirə edilməyib", - deyə o, brifinqdə bildirib.

Məryəm Quliyeva