12:36
1 050![]()
İran rəhbərliyi ABŞ-İran anlaşma memorandumunun icrası çərçivəsində İsraildən Livana qarşı hücumları dayandırmağı və qoşunlarını Livan ərazisindən çıxarmağı tələb edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Əli Bəhreyni bəyan edib.
"İlk növbədə, Livana gəlincə, biz anlaşma memorandumunun bütün iştirakçılarına açıq şəkildə bildirdik ki, Livan xalqına qarşı müharibə dayandırılmalıdır, - deyə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib. - Ona görə də Livana qarşı heç bir hücum olmamalı, İsrail qoşunları isə Livan ərazisindən çıxarılmalıdır".
Onun sözlərinə görə, tərəflər arasında iyunun 21-də İsveçrədə aparılan danışıqlar gecə yarısına qədər davam edib. Diplomat əlavə edib ki, tərəflər müzakirələrdə "yaxşı irəliləyiş" əldə etməyə nail olublar.
Məryəm Quliyeva