Ramazan orucundan sonra qidalanma necə olmalıdır? Hadisə

Ramazan orucundan sonra qidalanma necə olmalıdır?

Mərkəzi Gömrük Hospitalının diyetoloqu Məlahət Kərimova “Ramazan orucundan sonra qidalanma necə olmalıdır?” sualını cavablandırıb.

Ramazan ayında oruc tutanların fərqli qidalanma rejimi olduğuna görə Ramazan bayramından sonra qidalanma rejiminə tam diqqət etmək lazımdır. Oruc zamanı imsak və iftar qəbul edildiyi üçün orqanizmdə maddələr mübadiləsi yavaşlayır və oruc bitdikdən sonra çox yemək yedikdə tez müddətdə çəkinin artma riski yüksəlir. Orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə də ağır yeməklərdən istifadə etmək ürək damar sistemində, xolestrinin yüksəlməsinə səbəb olar. Mədəni yoran, ağır həzm olunan qidalardan uzaq durmaq lazımdır. Bunun üçün yağlı yeməklərə, qızartdılmış ət yeməklərinə, xəmir yeməklərinə diqqət etmək lazımdır. Az-az, amma tez –tez qidalanmaq lazımdır. Gün ərzində 5-6 dəfə qidalanmaq məsləhətlidir.

Səhər yeməyi əsasdır. Mütləq süd və süd məhsullarından istifadə etmək lazımdır. Menyuda yağsız pendir, kəsmik, zeytun, boyat cörək və ya kəpəkli çörəkdən, yumurta və baldan rahatlıqla istifadə edə bilərik. Ara yeməklərində təzə meyvələr və ya təzə çəkilmiş meyvə şirələrindən, qoz, fındıq, kişmiş, qara gavalıdan istifadə etmək olar.

Günorta yeməklərində mütləq duru yeməklərdən, şorbalardan istifadə etmək lazımdır. Bununla bərabər pörtlədilmiş ət, toyuq, balıq da menyuda yer almalıdır. Tərəvəz salatlarına, paxlalı bitkilər qrupundan olan qidaları da qəbul etmək lazımdır.

Ramazan ayında tərəvəz və meyvələrdən az istifadə edilməsi çəki artımlarına səbəb olur. Bundan qurtulmaq uçun mütləq karbonhidrat və zulaların yerinə daha çox tərəvəz və meyvələrdən istifadə edilməlidir.

Axsam yeməklərində isə zeytun yağında hazırlanılmış ətli tərəvəz yeməklərinə diqqət etmək lazımdır. Bunlar lobya, badımcan, gül kələm, kabaklı yeməklərdir ki, həm həzmi cox rahatdır, həm də bağırsaq problemlərinin qarşısı alınmış olur. Gecə yatmadan əvvəl qatıq, kəsmik yemək, 1 stakan sud içmək məsləhətlidir.
Ümumiyyətlə gün ərzində içilən suyun miqdarı 2 litrə qədər olmalıdır. Su yeməklərdən yarım saat əvvəl və yeməkdən yarım saat sonra içilməldir.