18 Mart 23:40
18 Mart 23:36
18 Mart 23:34
4 May 2022 13:15
4 151
Bakıətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqdardır.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir.
"Binə qəsəbəsində həm Təhsil Nazirliyinin, həm də Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində inanıram ki, şagird sıxlığı ilə bağlı problemi əsaslı şəkildə həll edə bilmişik. Orada hələ də 2 məktəbin tikintisi davam edir. Bu da problemin həllinə öz töhfəsini verəcək. Xırdalan şəhərində problemimiz nisbətən ciddidir. Orada da 2000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlamışıq. Bu il Masazır qəsəbəsində də yeni məktəbin tikintisi planlaşdırılıb. Ümumiyyətlə, Bakıətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri ilə bağlı deyil, şagird sıxlığı ilə əlaqdardır".
18 Mart 22:52
770
18 Mart 14:03
1 155
18 Mart 13:14
1 148