ASELSAN-ın Azərbaycanda ən son fəaliyyətləri Hadisə

ASELSAN-ın Azərbaycanda ən son fəaliyyətləri

ASELSAN-ın 90-cı illərin əvvəllərindən Qarabağ Cəbhəsində Azərbaycan Ordusunu ASELSAN radioları ilə təmin etməklə qardaş Azərbaycanın haqlı davasına dəstək olaraq başlayan fəaliyyəti bu gün də bir çox sahələrdə sarsılmaz təməllər üzərində davam edir.

Azərbaycanda fəaliyyət sahələrinin və yerli olaraq göstərdiyi xidmətlərin artmasına görə 1998-ci ildə ASELSAN A.Ş.-nin 100% sərmayəsi ilə nümayəndəliyi olan ASELSAN-Bakü şirkəti təsis edilmişdir.

ASELSAN-Bakü şirkəti vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələrlə bağlanmış layihələrdə təhvil verilmiş sistemlərin texniki quraşdırılması, satış sonrası nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçirir.

O, taktiki sahədə təhlükəsiz, əl, avtomobil, bel və hava radiosu həlləri, həmçinin radiorele rabitəsi və peyk rabitə sistemləri kimi qabaqcıl texnologiya məhsulları təklif edir.

2020-ci ildə başladığı əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universitetinin 3-cü və 4-cü kurs tələbələri ilə şirkətin təmin edə biləcəyi təcrübə imkanları haqqında görüşlər keçirmişdir. Bu günə kimi 15-dən çox tələbəmiz müxtəlif vaxtlarda ASELSAN-Bakü şirkətində təcrübə keçmişdir.

ASELSAN-nın əsas məqsədi Azərbaycanın xarici asılılığını azaltmaq, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etmək və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməkdir.

Bu çərçivədə, ASELSAN Azərbaycanın öz hərbi rabitə sistemlərini istehsal etmək və milli kriptosunu inkişaf etdirmək qabiliyyətinin qazandırılmasına üstünlük verir. Danışıqlar strateji səviyyədə davam edir.

ASELSAN Azərbaycandakı ən son fəaliyyətlər hansılardır?

ASELSAN-ın Azərbaycan Silahlı Qüvvələrinə tədarük etdiyi müasir rabitə avadanlıqları, ağıllı döyüş sursatları və bir çox müxtəlif məhsullar həm 2016-cı ilin aprel ayında, həm də 2020-ci ildə 44 günlük Vətən müharibələrində geniş və səmərəli şəkildə istifadə olunmuşdur.

44 günlük Vətən Müharibəsi hazırlıq və icra dövründə təxminən 300 mühəndis texniki sistemlərinin quraşdırılması, qulluğu/təmiri və saxlanması kimi məsələlərdə hər daim texniki dəstək göstərmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən ASELSAN A.Ş, və onun nümayəndəliyi olan ASELSAN-Bakü şirkətinə təşəkkür yazısı göndərilmişdir.

Ehtiyac yaranan hər bir vəziyyətdə; Ərazidə hələ də istifadə olunan ASELSAN sistemlərinə dəstək vermək üçün Azərbaycanda 300 yaxın sahə mühəndisi quraşdırma, nasazlıqların aşkar edilməsi, texniki xidmət və təmir kimi texniki dəstək xidmətlərini şəxsən həyata keçirmişdir.

Bu yaxınlarda Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Seminarı keçirilmişdir. Azərbaycanda hərbi və mülki rabitəyə cavabdeh olan bütün qurumların və nümayəndələrin iştirak etdiyi bu tədbirdə istifadəçi qurumlara yeni texnologiyalarını təqdim edərək onlar ilə fikir mübadiləsi aparmaq imkanı əldə etmişdir.
2000-ci illərin əvvəllərində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan ALOV zavodunda yerli istehsal olan A100 elektro-optik məmulatının yenidən birgə istehsal fəaliyyətinin həyata keçirilməsi məqsədilə danışıqlar davam etdirilir.

Bu mənada Azərbaycanın xarici asılılığını azaltmaq, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etmək və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirmək əsas məqsəd daşıyır.

“Teknofest-Azərbaycan”da iştirakı ilə gənc nəsillərin hərbi və mülki texnologiyalar haqqında maarifləndirilməsi istiqamətində çox çalışdılar. Azərbaycan Müdafiə Nazirliyinin stendində nümayiş etdirilən və sərhəd bölgəsindəki əsgərlərə və mülki ziyarətçilərə anında canlı video zənglər etməyə imkan verən texnologiya ASELSAN-ın məhsuludur.

ASELSAN mülki sahədə fəaliyyətlər:

ASELSAN-Bakı vasitəsilə Azərbaycandakı qurum və təşkilatların peşəkar radio tələbatını ödəyir.

Türkiyədə olduğu kimi Azərbaycanda da sivil sahədə fəaliyyətini müvafiq qurumların həll ortağı məntiqi ilə həyata keçirir.

Azərbaycanda ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi strateji əhəmiyyətli mülki layihələrlə də fəaliyyət göstərməyi hədəfləyir.

Vətən müharibəsindən sonra Qarabağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Ağıllı şəhər” konsepsiyasından ruhlanaraq, bilik və təcrübələrini bölüşmək üçün aidiyyəti qurumlarla görüşlər keçirir.

2021-ci ilin oktyabrında “Qarabağı Bərpa, Yenidənqurma və İnkişafı” şərgisində iştirakı ilə Qarabağın inkişafı üçün mülki texnologiyaya əsaslanan həllərini təqdim etmişdir.