Aparılmış audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyətinə müsbət rəy verilib
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Azərbaycanda kondisionerlərə dair yeni texniki reqlament layihələri hazırlanıb
Sabah Azərbaycan-Belarus hökümətlərarası komissiyanın 15-ci iclası keçiriləcək
BƏƏ Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı Azərbaycana gəlib
7 İyun 2022 21:08
3 353
Formula 1 pilotları və komandaları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyir.
Trend-in “McLaren” komandasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu fikirləri komandanın pilotları Lando Norris və Daniel Rikkardo səsləndirib.
D.Rikkardo Bakı trasının pərəstişkarı olduğunu bildirib.
“Bakı trasının bir neçə maraqlı xüsusiyyəti var. Hər zaman döngələrdən əvvəl maraqlı mübarizə gedir, bəzən hətta üç bolid yan-yana hərəkət edir. Bu həftəsonu strategiya baxımından bir neçə üsuldan istifadə edə bilərik, amma trasdakı mövqedən çox şey asılı olacaq”, - deyə o bildirib.
Onun komanda yoldaşı L.Norris də Bakıda çıxış etməkdən məmnun olduğunu deyib.
“Mən burada hər iki iştirakımda yarışı xallarla bitirmişəm. Ümid edirəm ki, bu ənənəni bu il də davam etdirəcəm.
Eyni zamanda, “Haas” komandasının pilotu Kevin Maqnussen “Motorsportweek” nərşinə açıqlamasında Bakı trasının xüsusiyyətlərini vurğulayıb.
“Haas”ın rəhbəri Günter Ştayner isə Bakı trasının uzun müddət Formula 1-də qalacağını deyib.
“Bakı haqqında ilk təəssüratım yadımdadır. Bu gözəl şəhər və tras heyrətləndirdi. Əvvəl mən Bakı haqqında heç nə bilmirdim, indi isə fikirləşirəm ki, bu tras Formula 1 təqvimində uzun müddət qalacaq”, - deyə o bildirib.