8 Noyabr 10:28
10 İyun 2022 12:05
2 982
“Qazilərin əlilliyinin qiymətləndirilməsi davam edir”.
Bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
“930 nəfər bizim reabilitasiya mərkəzində müalicələrə cəlb olunub”, - Anar Bayramov bildirib.
Uşaqlarda əlilliyin təyinatına toxunan sədr deyib ki, bu zaman birinci, ikinci dərəcəli əlillik olaraq təyinat aparılmır: “Onlar ümumilikdə sağlamlıq imkanları məhdud uşaq olaraq qiymətləndirilir. Yeni meyarın təsdiqindən sonra onlar sağlamlıq imkanlarının itirilməsinə görə faiz göstəricisi üzrə kateqoriyalara ayrılacaq. 80 faiz fiziki məhdudiyyəti olan uşaqlara 430 manat ödəniş təyin ediləcək”.
8 Noyabr 16:22
1 946
8 Noyabr 14:29
1 253
8 Noyabr 14:28
1 260