Mayda Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib Hadisə

Mayda Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

2022-ci ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Bu dövr ərzində də gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 355 min 407 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 75 min 742 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin may ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-may aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 11 milyon 414 min 29 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 152 milyon 878 min 32 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton transit yük daşınıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.