Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb
Paşinyan Ərdoğanın Ermənistana səfərlə bağlı dəvəti qəbul edəcəyinə ümid edir
Zəfər paradı ilə bağlı Bakıda bır sıra yollarda hərəkət tam məhdudlaşdırılacaq - SİYAHI
Allahşükür Paşazadə Roma Papası ilə görüşündə 8 noyabr Zəfərindən danışıb
22 İyun  2022 12:27
2 240
İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, bölüşdürülməmiş xərclərin bir hissəsinə yenidən baxılan zaman qurumlar üzrə bölgüsü də dəyişir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il dövlət büdcəsindən əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.
Bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.