Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb Hadisə

Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5322 virusa

yoluxma və bir ölüm halı qeydə alınıb.
“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və
sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının
qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə
kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin
izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə
dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, – ÜSTnin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.
Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı
xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin
əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd
sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu
yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür.
İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə
və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.