

Ağstafada qatarın vurub öldürdüyü qadının şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı dünyasını dəyişən şəxs 52 yaşlı Mətanət Əliyevadır.
***
07.49
Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın yerli bürsounun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan qatar dəmir yolu xəttini keçmək istəyən qadını vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.