Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
17 Avqust 2022 16:02
3 087
Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinə gedərək nümayəndəliyin rəhbəri Milica Buriclə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, nazir Monteneqroda 10 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar Milica Buricə dərin hüznlə başsağlığı verib.
Nazir nümayəndəlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Monteneqronun Çetinye şəhərində naməlum şəxsin ətrafdakı insanlara atəş açması nəticəsində 11 nəfər ölüb, daha altı nəfər yaralanıb. Bildirilib ki, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib və yaralıların yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb. Atəş açan şəxs polis tərəfindən öldürülüb.
30 İyun 22:01
952
30 İyun 21:58
910
30 İyun 19:11
1 127