Azərbaycanda 622 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb Hadisə

Azərbaycanda 622 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 809 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, aktiv xəstə sayı 3 640 nəfərdir.

Ölkədə son sutka ərzində 4 442, hazırkı dövrədək isə 7 127 158 test aparılıb.