09:30
728
Ədalət, Hüquq, Demokratiya (ƏHD) İdarə Heyəti Qurban bayramı və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Bu il Qurban bayramı və Müstəqillik Günü eyni zamana təsadüf edir.
Özündə mərhəməti, həmrəyliyi, humanizmi ehtiva edən müqəddəs Qurban Bayramı islam dünyasının ən önəmli günlərindən biridir.
Qurban Bayramı paylaşmaq, yardım etmək kimi yüksək mənəvi dəyərləri təbliğ edir, insanlığın, saf, xeyirxah əməllərin önə çıxmasına, bu düşüncə tərzinin formalaşmasına vəsilə olur.
Allaha yaxınlığın, inanc, əqidə və sədaqətin simvolu olan bu mübarək gün bəşəri dəyərləri hər şeydən üstün tutur, birlik və bərabərliyi təşviq edir.
Dəyərli həmvətənlər!
28 May-Müstəqillik Günü isə ən yeni tariximizin ən önəmli və şərəfli səhifəsidir.
108 il öncə əcdadlarımız Şərqin ilk demokratik respublikasını- Azərbaycan Xalq Cümhuriyyətini quraraq, dövlətçilik tariximizdə misilsiz uğura imza atdılar.
Onların fədakarlığı millətimizin dövlət qurma ənənəsini bütün dünyaya nümayiş etdirdi.
23 aylıq qısa zaman kəsiyini əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərb, təhlükəsizlik, iqtisadiyyat, təhsil və digər önəmli sahələr daxil olmaqla, bir sıra istiqamətlərdə nailiyyətlər əldə olundu.
XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlət quran bir millət olaraq, bu tarixi və şərəfli missiyanı davam etdirmək əzmindəyik.
Bunun üçün milli birlik və dövlətçilik maraqlarının hər şeydən üstün tutulması vacib şərtdir.
Əziz Azərbaycan xalqı!
Sizi Qruban Bayramı və Müstəqillik Günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğurlar arzulayırıq!
08:36
770
25 May 19:08
1 281
25 May 18:44
1 316