“Dəniz sahilində olan bölgələrdə suyun çirklənməsi insan sağlamlığına mənfi təsirləri olacaq”-Rəşad Mahmudov Hadisə

“Dəniz sahilində olan bölgələrdə suyun çirklənməsi insan sağlamlığına mənfi təsirləri olacaq”-Rəşad Mahmudov

“Seçilmiş olduğum 77 saylı Astara seçki dairəsindən olan seçicilərimin bəzi fikirlərini səsləndirmək və aidiyyəti qurumların diqqətini bu məsələyə çəkmək istərdim”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Rəşad Mahmudov deyib. O qeyd edib ki, Astara şəhərində 2016-cı ildən başlanan su və kanalizasiya sisteminin çəkilməsi hələ də başa çatmayıb: “Astaranın dəniz kənarında yerləşməsi, habelə dəniz səviyyəsində aşağıda qərarlaşması qurunt sularınınü üzə çıxması və epidemoloji vəziyyətin bərbad duruma düşməsinə səbəb olur. Aydındır ki, dəniz sahilində olan bölgələrdə suyun çirklənməsi ehtimalı var və bunun gələcəkdə regionun inkişafına, eləcədə insan sağlamlığına mənfi təsirləri olacaq. Büdcə müzakirələri başlamadan bu məsələni qaldırmaqla aidiyyəti qurumların diqqətini problemə çəkməyə və işi tamamlamaq üçün imkan daxilində dəstək verilməsi məqsədini güdür”.

Əli