“Nardaranda bələdiyyə seçkilərinin keçirilməməsi qanuna uyğun olmayan bir məsələdir” Hadisə

“Nardaranda bələdiyyə seçkilərinin keçirilməməsi qanuna uyğun olmayan bir məsələdir”

Yaşar Kələntərli: " Qanunun tələblərinə uyğun addım atılmayanda başıpozulquq baş verir, baş verən son hadisələrə zəmin yaranır "

"Nardaranda baş verən hadisələr təəssüf doğurur və narahatlıqla qarşılanır". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibii Yaşar Kələntərli deyib. O, bildirib ki, bu yeni məsələ deyil: "Bilirsiniz ki, Nardaranda bələdiyyə seçkiləri də keçirilmir. Bələdiyyə seçkilərinin keçirilməməsi qanuna uyğun olmayan bir məsələdir. Nardaran da Azərbaycan dövlətinin ərazisidir və ölkə qanunları qeyd- şərtsiz bölgələrin hamısına aiddir. Hər bölgədə olduğu kimi, orada da bələdiyyə seçkilərinin keçirilməsini təmin etmək lazımdır. Çünki qanunun tələblərinə uyğun addım atılmayanda başıpozulquq baş verir, baş verən son hadisələrə zəmin yaranır".