Bakıda 60 yaşlı kişi metroda öldü Hadisə

Bakıda 60 yaşlı kişi metroda öldü

"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib.