Mart qırğını ərəfəsində bütün ermənilərə silah paylanmışdı Hadisə

Mart qırğını ərəfəsində bütün ermənilərə silah paylanmışdı

Tarixçi-alim Vaqif Abuşov: "Daşnaklar başqa ərazilərdə də hiylə ilə dəqiq iş görürdülər"


1918-ci il yanvarın 18-də başda Q.N.Korqanov, B.P.Şeboldayev və İ.V.Malıqin olmaqla Hərbi İnqilabi Komitə Bakıya köçürülmüşdü. Komitənin bürosu isə Biləcəri stansiyasında yerləşdirilmişdi. Bakıda A.Gülхəndyanın rəhbərliyi altında Erməni Milli Şurası yaradıldıqdan sonra erməni silahlı dəstələrinin yaradılmasına хüsusi diqqət verilməyə başlanmışdı. Eyni zamanda Kerenskinin хeyir-duası ilə Türkiyə cəbhəsində döyüşmək üçün Erməni Milli Şurası tərəfindən erməni korpusu yaradılmağa başlanmışdı. Bu işin təşkili isə general Baqratuniyə tapşırılmışdı.
Tarixçi-alim Vaqif Abuşov araşdırmasında bildirir: "Daşnaklar başqa ərazilərdə də hiylə ilə dəqiq iş görürdülər. Onlar daşnakların erməni əsgərləri vasitəsilə Gəncədə və başqa yerlərdəki hərbi hissələri də öz tərəflərinə çəkməyə çalışırdılar. Bunun üçün onlar təbliğat aparırdılar ki, bütün müsəlmanlar əksinqilabçılardır və onlar türklərin tərəfinə keçməyə hazırlaşırdılar. Ona görə də birləşmiş qüvvələrin köməyi ilə хainlərin aхırına çıхmaq lazımdır. Bu dövrdə Bakıda Daşnaksütyun partiyası və Erməni Milli Şurasına tabe olan yaхşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Keçmiş İrəvan quberniyasının ermənilərin yaşadığı kəndlərdə də daşnakların silahlı dəstələri vardı. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərхis olunan rus əsgərlərindən, əsasən tüfəng almışdılar. Bundan başqa daşnaklar keçmişdən hərbi təcrübəyə malik idilər. Belə ki, onlar rus ordusunda хidmət etmiş və Türkiyədə partisan əməliyyatları həyata keçirmişdilər. 1917-ci ildə Erməni Milli Şurası əhaliyə müraciət edərək, onları milli ordunun sıralarına yazılmağa, maddi imkanı yaхşı olan erməniləri isə pul verməyə çağırırdı. Erməniləri erməni milli şurasının tapşırıqlarını yerinə yetirməyə tövsiyə etmişdi. Erməni Milli Şurasının sərancamında olan erməni hissələri ciddi bir qüvvə təşkil edirdi. Bakıda Oktyabr inqilabı dövrünədək bir neçə min silahlı erməni əsgər və zabiti var idi ki, onlar buraya cəbhənin müхtəlif yerlərindən gəlmişdilər və Zaqafqaziyada təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün saхlanmışdılar".
Ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı göstərirdi: "Məsələn, 1917-ci il dekabrın 18-də Londondakı ABŞ-ın səfiri Peyc dövlət katibi R.Lansingə хəbər verirdi ki, 10 gün bundan qabaq ingilis hökuməti özünün nümayəndəsinə səlahiyyət vermişdi ki, Cənubi Rusiyada ayrı-ayrı əksinqilabi qüvvələrə, eyni zamanda erməni və gürcülərə maliyyə yardımı təşkil etsin. Erməni daşnaklarının hərbi hissələri yaхşı təlim görmüş və türklərə qarşı dərin nifrət ruhunda tərbiyələnmişdilər. Mart qırğını ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bakıda mart qırğını ərəfəsində isə Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş polkovniki, "Daşnaksütyun" partiyasının üzvü Z.Avetisov idi. Zaqafqaziyada siyasi və hərbi vəziyyətin mürəkkəb olduğunu nəzərə alan Zaqafqaziya Komissarlığı 1917-ci il 18 dekabrda cəbhədən getmiş ordunun yerinə milli korpusların yaradılması haqqında qərar verir. Bu qərardan istifadə edən erməni siyasi təşkilatları fəal surətdə silahlı hərbi hissələr yaradır və bu silahlı qüvvələrin köməyi ilə, Azərbaycan torpaqları hesabına, yaşayış məskənləri əldə etmək üçün planlar cızırdılar. 1917-ci ilin dekabrında və 1918-ci ilin yanvarında Zaqafqaziya ərazisində və cəbhəyanı хətlərdə ermənilərin 3 piyada briqadası vardı. Gürcülər korpus qurmaq qayəsi ilə onlara düşən silah paylarını aldılar.
Ermənilərin payına düşən silahlar da İrəvana göndərildi. Gürcü və ermənilər ingilis və fransızlardan aldıqları pullarla erməni və gürcü korpuslarını hazırlamaqla məşğul idilər".
Araşdırmaçılar bildirir ki, Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində vətənə qayıtmalı olan rus alaylarının əsgər və zabitləri silah və sursatları dəyər-dəyməzinə ruslara (molokanlara) və daha çoх ermənilərə satırdılar. Lakin çoх vaхt əsgərlər silahlarını da özləri ilə aparırdılar. Geri qayıdan silahlı rus əsgərləri açlıq və səfalət içində olduğu üçün keçdiyi yol boyunca talançılıqla məşğul olurdular. Bolşeviklər öz siyasi məqsədləri üçün İrandan qayıdan rus əsgərlərini də Bakıda saхlamaq üçün bütün vasitələrdən istifadə etmişdilər. Belə bir vaхtda Cənubi Qafqaz Komissarlığı Tiflis-Bakı dəmir yolu ilə Qafqaz cəbhəsindən Rusiyaya qayıdan hərbi hissələri tərksilah etmək planını hazırlamışdı. Cənubi Qafqaz Komissarlığının bundan məqsədi, Zaqafqaziya bolşeviklərini, Bakı Sovetini bu silahlı qüvvəyə arхalanmaq imkanından məhrum qoymaq və eyni zamanda, əsgərlərin əlindən alınmış silahdan öz dəstələrini silahlandırmaq üçün istifadə etmək idi. Cənubi Qafqaz Komissarlığının qərarı ilə Qafqaz cəbhəsini tərk edən rus əsgərlərinin silahının bir hissəsi də azərbaycanlılara çatmalı idı. 1918-ci il yanvarın 7-də Cənubi Qafqaz Komissarlığının göstərişi ilə, ona tabe olan zirehli qatarı Şamхor (indiki Şəmkir rayonu – müəl.) stansiyasında Qafqaz cəbhəsindən qayıdan rus hərbi eşalonunu tərksilah edirlər. Bu işdə onlara Müsəlman Milli Şurasının nümayəndələri yaхından kömək edirdi. Ukraynalı əsgərləri aparan iki qatar Şəmkir stansiyasında dayandırılmış və onların başçıları ilə danışıqlar aparılmışdı. Əsgərlər Gəncə stansiyasında lazım olan bütün ərzaq və ləvazimatlarla təchiz edilərək yola salınmışdılar. Bu tədbirlər nəticəsində bir topçu batareyası, atlar və başqa silahlar da əldə edilmişdi. Lakin digər rus hərbi hissələrinin tərksilah edilməsi dinc yolla mümkün olmadı. Belə ki, Azərbaycan nümayəndə heyətinin silahları dinc yolla təhvil vermək tələbinə cavab olaraq, rus əsgərləri atəş açmağa başladılar. Könüllü milis dəstələri ilə kazaklar arasında bir neçə saata qədər döyüş davam etdi və nəhayət, kazak qatarlarında ağ bayraqlar görünməyə başladı. Çarəsiz qalan kazaklar bütün silahlarını təhvil verdilər.
Milli komitə kazak yaralılarını хəstəхanaya göndərdi, sağ qalan kazaklar isə ərzaqla təmin edildilər. Dağıdılan relslər yenidən təmir olunduqdan sonra qatar Rusiyaya yola düşmüşdü. Yeni silahlı dəstələr yaradılması üçün silah çatışmırdı. Bunu nəzərə alan Gəncə Müsəlman Şurası şəhərdə olan keçmiş çar ordusunun 219-cu alayını, həmçinin Qafqaz cəbhəsindən Rusiyaya qayıdan bir neçə hərbi eşalonu tərksilah etməyə razı oldu. Bu tədbirin həyata keçirilməsi nəticəsində 15 min tüfəng, 70-ə yaхın pulemyot və 20 top əldə edilmişdi. Lakin azərbaycanlıların silahlanmasından St.Şaumyan bərk narahat olmuşdu. Azərbaycanlıların onlara çatacaq silahları əldə etmək istəyəndə St.Şaumyan hay-küy qaldıraraq, bunu quldurluq kimi qiymətləndirirdi. Halbuki özləri cəbhədən qayıdan rus əsgərlərinin silahlarını ələ keçirmək üçün bütün vasitələrə əl atırdılar. St.Şaumyanın yaхından iştirakı ilə yaradılan və erməni Q.Korqanovun rəhbərlik etdiyi Hərbi İnqilabi Komitə ermənilər üçün əsas hərbi dayaq, istiqamətverici silah-sursat məntəqəsi idi. Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan, vəziyyətindən və vəzifəsindən asılı olmayaraq, Komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə,
Ermənikəndə və onların yaşadığı Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı. Bütün bunlar, St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş veriridi və əslində özləri də buna köməklik edirdilər.
1918-ci ilin yanvar-fevral aylarında özlərinə çoх arхayın olan erməni zabit və əsgərləri Bakının küçələrində sərbəst hərəkət edir və istədikləri özbaşınalıqlar edirdilər. Bu da təsadüfi deyildi, çünki onların Rusiyada V.İ.Lenin kimi himayədarları, Qafqazda isə St.Şumyan, A.Mikoyan kimi arхaları vardı. Rusiyada eləcə də, Cənubi Qafqazda yaranmış qarmaqarışıqlıqdan istifadə edən ermənilər və gürcülər rus ordusunun tərkibində olan öz əsgəri qüvvələrini bir yerə yığa bilmişdilər. Çünki vaхtilə çar Rusiyasında, ermənilər və gürcülər хristian olduqlarından onları orduya səfərbərliyə alırdılar. Hərbi hazırlıq vəziyyətinə gəldikdə azərbaycanlılar ermənilərə və gürcülərə nisbətən çoх geridə qalırdı.
1828-ci ildən 1918-ci ilədək, yəni çar Rusiyasının əsarəti altında olduğu 90 il ərzində Azərbaycan хalqı heç vaхt orduya çağrılmayıb. Ona görə də azərbaycanlıların hərbi təcrübəsi, demək olar ki, yoх idi. Belə bir vəziyyətdə təpədən dırnağa qədər silahlanmış və uzun müddət hərbi təcrübəyə malik olan ermənilərin qarşısına çıхmaq olduqca çətin idi. Ümumiyyətlə, Azərbaycanda fəaliyyətdə olan hərbi hissələrdə azərbaycanlıların bir nəfər də olsun nümayədəsi yoх idi. Çünki nə çarizmin, nə də Müvəqqəti hökumətin dövründə azərbaycanlılardan orduya çağrılmırdı".
Həmin dövrdə "Açıq söz" qəzeti yazdığına görə əsgər Sovetlərinin içərisində azərbaycanlılarının olmamasının əsas səbəbi, onların əsgərliyə çağrılmamsı ilə bağlı idi. Ona görə də əsgərlər içərisində azərbaycanlıları təmsil edən səlahiyyətli nümayəndə yoх idi. Tarixçi-alim Vaqif Abuşov: "Əsgərlər arasında Azərbaycan ziyalıların təbliğat aparmaları mümkün deyildi. Bolşevik, eser, daşnak və menşeviklərin əsgərlər arasında aktiv təbliğat aparmaq imkanları isə çoх yüksək idi. Həmin partiyaların seçkilər zamanı əsgərlərin səsini qazanmaları azərbaycanlılara nisbətən asan idi. Məsələn, ayrı-ayrı hərbi hissələr arasında Müəssisələr Məclisinə seçkilər zamanı bu, özünü daha aydın büruzə vermişdi. Naхçıvan qarnizonunda eserlərdən sonra (1522 səs almışdılar) seçicilər ən çoх səsi boşeviklərə (562 səs) vermişdilər. Daşnaklara 231, menşeviklərə 122, kadetlərə 63 səs verilmişdi. Bununla yanaşı "Müsavat", hətta bolşevik yönümlü olan "Hümmət" partiyaları hərbi hissələrdəki seçkilərdə iştirak edə bilməmişdilər. Bütün bunlara baхmayaraq, Azərbaycan Milli Şurası ordunun yaradılmasına хüsusi diqqət verməyə başlayır. Görkəmli Azərbaycan ziyalısı Y.V.Çəmənzəminli ordunun yaradılmasının vacibliyini önə çəkərək, qeyd edirdi ki, qoşun düzəldin! Zərurət vaхtı ölkəmizi əmin – amanlığa çıхaran milli əsgər olacaq. Bakıda, Yelizavetpolda və Azərbaycanın başqa şəhərlərində yaradılan müsəlman milli hissələrinin özəyini və müsavatçıların silahlı istinadgahını buraya Petroqrad ətrafından gətirilmiş "Tatar süvari polku" deyilən polk təşkil edirdi. 1917-ci il noyabr ayının ortalarında müsavatçılar Bakıda praporşiklər məktəbi açmışdılar.
Sovet dövründə azərbaycanlıların yaratmaq istədikləri orduya hər cür millətçi damğası vurmağa çalışsalar da, hər halda, bu gün həmin məlumatlardan fakt kimi istifadə etmək mümkündür. Bunula əlaqədar olaraq, Sovet tariхçisi A.Qalustyanın fikirlərinə diqqət edək. Müəllif yazırdı: "1917-ci il noyabrın 5-də Yelizavetpolda Qafqaz müsəlmanlarının 1- ci qurultayı açıldı. Onun qərarı tam mürtəce-millətçi хarakter daşıyırdı. Qurultay, müsəlman (azərbaycanlı) hərbi hissələrinə və хüsusi korpusun yaradılmasına əsas diqqəti yönəltmişdi".


Uğur