
İstanbulda iki Rusiya vətəndaşı 2015-ci ilin noyabrında İçkeriya-Çeçen respublikasının xarici işlər naziri kimi təqdim olunan Abdulvahid Edilgeriyevin öldürülməsində şübhəli bilindikləri üçün saxlanılıblar.
Bu barədə Türkiyədə dərc edilən Hürriyət qəzeti yazıb.
Qəzetin yazdığına görə onlar ətrafında Türkiyə xüsusi xidmət orqanları tərəfindən 6 ay iş aparıldıqdan sonra aprelin 8-də saxlanılıblar.
Rusiyanın İstanbulda baş konsulu Sergey Podşelyev "RİA-Novosti"yə deyib ki, həqiqətən də iki Rusiya vətəndaşı saxlanılıb, amma məhkəməyə konsulluqdan heç kim buraxılmayıb.
"Hürriyət"in yazdığına görə bunlar Rusiya vətəndaşları Yuri Anisimov və Aleksandr Smirnovdur.
Qəzet bildirib ki, onlar növbəti aksiyanı planlaşdırarkən saxlanılıblar.
"Onlara avtomobili digər bir Rusiya vətəndaşı Aleksandr Nəsirov verib. O, Anisimov və Smirnovla birlikdə eyni zamanda Yalovada olublar. Elə o zaman da Nəsirov onlara avtomobili verib. 2015-ci ilin sentyabrında onların hər üçün İstanbulda da görüşü qeydə alınıb.
Edilgeriyevi 2015-ci il noyabrın 1-də evindən çıxarkən yoldan keçən avtomobildən güllələyiblər.
Aprelin 4-də Anisimov və Smirnov saxta sənədlərlə yenidən Türkiyəyə gəliblər. Saxlanılarkən, onlardan saxta pasportlar, İnterpolun saxta sənədləri, rusiyalı məmurların fotoları, beş mobil telefon və nomrələri ard-arda gələn ABŞ dollarları götürülüb.
USB-saxlanc qurğusundan parkinqlərin fotoları, orada yerləşən avtomobillərin nömrələri, otellərin müşahidə kameralarının və nömrələrinin yerləşməsi olub, - Hürriyət yazıb.