Hakan Fidan və Abbas Əraqçı ABŞ-İran danışıqlarını müzakirə ediblər Dünya

Hakan Fidan və Abbas Əraqçı ABŞ-İran danışıqlarını müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı zamanı İslam Respublikası və ABŞ arasındakı danışıqlarda yaranmış vəziyyəti müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsindəki mənbə məlumat verib.

"Telefon danışığı bu gün baş tutub. Nazirlər İran və ABŞ arasındakı danışıqlar prosesindəki mövcud vəziyyəti müzakirə ediblər", — deyə mənbə qeyd edib.

Məryəm Quliyeva