14 Fevral 16:00
13 Fevral 17:58
13 Fevral 16:57
2 İyun 2023 11:16
4 123
Son beş ildə 4 sosial islahat paketi icra olunub.
Trend-in məlumatına görə, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazir müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirdiyi mətbuat konfransda deyib.
“4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”,- deyə o əlavə edib.
14 Fevral 16:59
973
14 Fevral 16:04
1 197
14 Fevral 15:57
1 148