BAXCP sədrindən bayram təbriki Hadisə

BAXCP sədrindən bayram təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə qeyd olunur ki, islamın bir din kimi tanınması, mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır: “Bu mübarək gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya sədaqətin sevincini yaşamaq fürsəti əldə edirlər.

İslam, təkvə xalqımızın əsrlərdən bəri tapındığı dəyərlər sistemi deyil, milli mədəniyyətimizin, dünyagörüşümüzün ayrılmaz bir parçasıdır.
Qurban bayramı Allahın insanlığa mərhəmətinin və sevgisinin ən böyük nişanəsidir.
Qurban bayramı insanın Allah sevgisinin, sədaqətinin və haqq yolundan, əqidəsindən dönməyənlərin Tanrı tərəfindən qiymətləndirilməsinin ən bariz nümunəsidir. Bu baxımdan Qurban bayramı, həm də bəşəriyyətə doğru yol göstərən, insanlığı mərhəmətə çağıran, birliyi, həmrəyliyi, şəfqəti təşviq edən fəlsəfi-tərbiyəvi amil kimi də böyük əhəmiyyətə malikdir.
Əziz bacı və qardaşlarım!

Bu bayram günündə hər birinizə möhkəm can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun.
Tanrı kəsdiyiniz qurbanları və dualarınızı qəbul eləsin!"