21 Fevral 17:42
21 Fevral 14:58
Azərbaycanda 19 dərəcəyədək isti müşahidə olunub - FAKTİKİ HAVA
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Araqçi və Qrossi ABŞ-la danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar
Avstraliya İŞİD-lə əlaqəli şəxslərin ailələrinin geri qaytarılması barədə yeni məlumat yayıb
Rusiya Kiyev və vilayəti kütləvi şəkildə atəşə tutub, evlər yanır
24 Fevral 2024 14:56
3 010
Fevralın 24-ü saat 10:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şərurda 5 sm, Şahdağda 4 sm, Qrızda 3 sm, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı Oğuzda 11 mm, Neftçalada 7 mm, Qaxda 5 mm, Göygöl, Balakən, Şərur, Şahbuz, Şabran, Qobustan, Qəbələ, Şəki, Zaqatala, Daşkəsən, Gədəbəy, Sədərək, Ordubad, Lerik, Sabirabad, Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Ağdam, Şamaxı, Quba, Qusar, Xaltan, Tərtər, Beyləqan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 6 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qobustan, Şamaxı, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 1, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta olub.
21 Fevral 16:24
1 659
21 Fevral 16:23
1 820
21 Fevral 16:22
1 631