14:47
196
Nüvə müharibəsində qalib gəlmək mümkün deyil və o, heç vaxt başladılmamalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Şençjendə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ilə keçirilən üçtərəfli görüşdə bəyan edib.
"Nüvə müharibəsində qalib gəlmək olmaz və ona yol verilməməlidir. Nüvə müharibəsinin qarşısını almaq, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əməl etmək və qlobal strateji sabitliyi qorumaq üçün bütün səylər göstərilməlidir", – deyə "Sinxua" agentliyi onun sözlərindən sitat gətirir.
Məryəm Quliyeva