Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb
Xəzərin sahilboyu ərazisi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə dəyişikliklər ediləcək
Fars körfəzi ölkələri Hörmüz boğazına alternativ neft marşrutları axtarır
Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik
ABŞ İranın nüvə məsələsini müharibəsiz həll edə biləcəyini düşünür
11:50
217.jpg)
Hörmüz boğazı vasitəsilə tədarükün təhlükəsizliyinə olan etimad sarsılıb və Fars körfəzi ölkələri neft ixracı üçün alternativ marşrut layihələrini nəzərdən keçirirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) illik hesabatında qeyd olunub.
Agentliyin qiymətləndirməsinə görə, ümumi gücü sutkada təxminən 7 milyon barel olan boru kəmərlərinin tikintisi 40 milyard dollar vəsait tələb edəcək və neft ixracının maya dəyərini bir barel üçün təxminən 2 dollar artıracaq.
Əgər bütün layihələr həyata keçirilərsə və idxalçılar tələbatı azaldarlarsa, 2035-ci ilə qədər Hörmüz boğazı vasitəsilə tranzitə olan ehtiyac sutkada 2 milyon barelə qədər azala bilər ki, bu da münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 10 dəfə azdır.
Bununla belə, Yaxın Şərqdəki qeyri-sabitlik şəraitində alternativ marşrutlar da həssas qala bilər. Hörmüz boğazından asılılıq azalsa belə, region dünya bazarlarına neftin ən böyük tədarükçüsü olaraq qalacaq.
Məryəm Quliyeva