Kuşner və Uitkoff Ukrayna üzrə mövqe hazırlamaq üçün Almaniyaya gedirlər Dünya

Kuşner və Uitkoff Ukrayna üzrə mövqe hazırlamaq üçün Almaniyaya gedirlər

ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Ukraynada davamlı sülhün əsas elementləri üzrə vahid mövqenin işlənib hazırlanması məqsədilə Berlinə yola düşürlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika liderinin kürəkəni Cared Kuşner "X" sosial şəbəkəsində məlumat verib.

Kuşner vurğulayıb ki, Berlində onlar Volodimir Zelenski və "istəklilər koalisiyası"nın iclasında iştirak edən Avropa liderləri ilə məsləhətləşmələr aparacaqlar: "Bu səfər zamanı prioritetlərimiz Ukrayna və Avropa ilə sıx koordinasiyanı daha da gücləndirmək, davamlı sülhün əsas elementləri üzrə vahid mövqe hazırlamaq, eləcə də çoxtərəfli danışıqların növbəti raundunun gündəliyini və təklif olunan formatını birgə hazırlamaqdan ibarətdir".

Xüsusi elçi qeyd edib ki, Uitkoffla birlikdə koalisiyanın fəaliyyətinin münaqişənin nizamlanmasından sonra Ukrayna üçün təminatlar, eləcə də Avropada sabitliyi möhkəmləndirəcək və gələcək münaqişə risklərini azaldacaq daha geniş təhlükəsizlik mexanizmlərinin formalaşmasına necə töhfə verə biləcəyini araşdırmaq niyyətindədir. O, ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoymaq və bütün Avropanı daha təhlükəsiz edəcək davamlı sülhü təmin etmək istədiyini bir daha vurğulayıb.

Məryəm Quliyeva