“ABŞ ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edilə bilər” Dünya

“ABŞ ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edilə bilər”

“ABŞ dünyanın ən böyük iqtisadiyyatına malik ölkəsidir, həmçinin kənd təsərrüfatı sahəsində də lider ölkədir”.

Bunu xalqcebhesi.az-a iqtisadçı Xalid Kərimli deyib.

X.Kərimli qeyd edib ki, ABŞ ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edilə bilər: “Məsələn, hansısa kənd təsərrüfatı məhsullarının və texnikalarının alınması və s. Amma eyni zamanda texnologiya transferi, Azərbaycanın kənd təsərrüfatı məhsullarının həmin bazarlara ixrac imkanları istiqamətində bilik transferi, yəni onların təcrübəsinin öyrənilməsi ki, ABŞ-də kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə nə cür nail olurlar. Çünki məhsuldarlıq məsələsi maya dəyərinin formalaşmasında çox mühüm rol oynayır. Eləcə də müasir texnologiyaların, süni intellektin kənd təsərrüfatına tətbiqi məsələləri və s. ABŞ-nin kənd təsərrüfatı sahəsində böyük təcrübəsi, gücü var”.

Röya İsrafilova