Si Cinpin nüvə silahının tamamilə məhv edilməsinə çağırıb Dünya

Si Cinpin nüvə silahının tamamilə məhv edilməsinə çağırıb

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin nüvə silahına tam qadağa qoyulmasına və onun arsenallarının məhv edilməsinə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu bəyanatı Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp ilə keçirilən üçtərəfli görüşdə səsləndirib.

"Nüvə silahı bəşəriyyətin başı üzərindən asılmış Damokl qılıncıdır. Nəticə etibarilə nüvə silahından azad bir dünya yaratmaq üçün o, tamamilə qadağan edilməli və qəti şəkildə məhv olunmalıdır", – deyə Si Cinpin bildirib.

Məryəm Quliyeva