"Liderlər bir-birindən dəstək axtarırlar" Dünya

"Liderlər bir-birindən dəstək axtarırlar"

Dünya tarixi proseslərin yeni dəyişikliyi astanasındadır. Çində dünyanın üç böyük dövlətinin rəhbərlərinin görüşündən alınacaq qərarlara köklənsə də, burda dünya üçün həlledici qərarların alınması üçün tarixi şəraitin və bu liderlərin şəxsiyyətinin mahiyyəti daha çox maraq doğurur.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib.

"Bu liderlərin tarixdə hansı sifətlə qalacağının mübarizəsi verilir desək, daha doğru olar. Görüş mahiyyət etibarilə onların gələcək taleyini həll edir, nəinki onların təmsil etdiyi ölkələrin.
Hesab edirəm ki, bu liderlər cəlb olunduqları müharibələrin taleyinə bir-birindən dəstək axtarırlar. Dünyanın taleyini isə həll edəcək proseslər hələ irəlidədir".

Cavid