Monqolustan Prezidenti parlamentdən istefasını qəbul etməyi xahiş edib Dünya

Monqolustan Prezidenti parlamentdən istefasını qəbul etməyi xahiş edib

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Böyük Dövlət Xuralından (parlament) istefasını qəbul etməyi xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu qərarını son aylarda nüfuzunun amansız hücumlara məruz qalması və şərəfini bərpa etmək istəyi ilə izah edib.

İstefa tələbləri Ulan-Batorun sabiq meri Xişqeeqiyin Nyambaatarın dövlət başçısını dəmir yolu tikintisi tenderi ilə bağlı qalmaqalda, eləcə də elit əmlak və bahalı avtomobillərə sahib olmaqda ittiham etməsindən sonra gündəmə gəlib. Artıq hakim Monqolustan Xalq Partiyası və parlamentin müvafiq komitəsi (77,8% səslə) prezidentin qərarını dəstəkləyib.

Ölkə tarixində ilk könüllü istefa baş tutarsa, dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq parlamentin spikeri Sandaqiyn Byambatsoqt icra edəcək və növbədənkənar seçkilər təyin olunacaq.

Məryəm Quliyeva